Neftçi ilk qələbəsini qazanıb

Bu gün Topaz Premyer Liqasında 7-ci tura start verilib.

“İnter Bakı” öz meydanında Neftçi’ni qəbul edib. “Ağ-qaralar” cari mövsümdə ilk qələbələrini bu oyunda qazanıblar. İlk hissədə hər iki komandanın cəhdlərinə baxmayaraq hesab açılmayıb.

Görüşün 60-cı dəqidəsində Derlis Meza Kolli fərqlənib 0:1. 72-ci dəqiqədə isə Rəhman Hacıyev Orxan Sadıqlı’nın qapısınından ikinci topu keçirib 0:2. Matçın qalan dəqiqələrində qapılara top vurulmayıb və görüş 0:2 hesabı ilə Neftçi’nin qələbəsi ilə başa çatıb. Bu qələbədən sonra “Neftçi” komandası xallarının sayını 4-ə çatdıraraq 6-cı pilləyə yüksəlib.

Frame.az

PƏRVİN BAYRAMOV

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: