FutbolIdman

“Neftçi” klubu “Qarabağ”ı məğlub edərək liderliyə yüksəlib

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun mərkəzi qarşılaşması keçirilib.

XV turun ikinci matçında “Qarabağ” və “Neftçi” komandaları üz-üzə gəliblər.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilmiş görüş qonaqların qələbəsi ilə yekunlaşıb – 1:2. İlk topu 28-ci dəqiqədə Namiq Ələsgərov vurub. Fasilədən sonra 58-ci dəqiqədə “Qarabağ” hesaba tarazlıq gətirib. Mahir Əmrəli adını tabloya yazdırıb. Görüşün 75-ci dəqiqəsində qonaqlar yenidən hesabda önə keçiblər. Oyunun baş hakimi Elçin Məsiyevin təyin etdiyi penaltini Namiq Ələsgərov dəqiq zərbə ilə tamamlayıb. Qalan dəqiqələrdə hər iki komandanın cəhdləri olsa da hesab dəyişilməyib.

Qeyd edək ki, “Neftçi”nin heyətində görüşün 22-ci dəqiqəsində Ömər Buludov, 74-cü dəqiqəsində isə Mamadu Kane meydandan qovulub. Ağdamlıların heyətində 72-ci dəqiqə Kevin Medina komandasını azlıqda qoyub.

Bu qələbə sayəsində “Neftçi” xalını 29-a çatdıraraq turnir cədvəlində liderliyə yüksəlib. “Qarabağ” isə 27 xalla ikinci yerdə qərarlaşıb.

Qeyd edək ki, bu günün digər matçında “Sumqayıt” və “Səbail” komandaları üz-üzə gəlib. Həmin görüş sumqayıtlıların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Tura fevralın 14-də “Qəbələ” – “Keşlə”, “Zirə” – “Sabah” oyunları ilə yekun vurulacaq.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!