FutbolIdman

“Neftçi” növbəti mərhələyə yüksəlib

UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Neftçi” “Bakcell Arena”da Rusiyanın “Arsenal” (Tula) komandası ilə qarşılaşıb.

Qarşılaşma 3:0 hesabı ilə “Neftçi”nin xeyrinə başa çatıb. Oyunda hesabı 49-cu dəqiqədə Rauf Əliyev açıb. 89-cu dəqiqədə Dario penalti zərbəsini dəqiq yerinə yetirməklə üstünlüyü 2 topa çatdırıb. Oyunun yekun hesabını müəyyənləşdirən qolun müəllifi isə 90+3-cü dəqiqədə Mbodj olub.
Beləliklə, ötən həftə Tulada keçirilmiş qarşılaşmada da qələbə qazanmış “Neftçi” iki oyunun nəticəsinə əsasən, üçüncü təsnifat mərhələsinə yüksəlib. Bu mərhələdə təmsilçimizin rəqibi İsrailin “Bnei Yehuda” komandası olacaq. Komandalar avqustun 8-də Bakıda, 1 həftə sonra – avqustun 15-də isə Təl-Əvivdə qarşılaşacaqlar.
Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!