“Neftçi”nin mərhum prezidentinə qarşı hörmətsizlik – FOTO

Aprelin 22-də “Bakcell Arena” stadionunda “Neftçi” futbol klubunun muzeyi və fan-şopu açılıb.

Açılışda klubun rəhbərliyi, ARDNŞ-ın prezidenti və digər yükəsk vəzifəli məmurlar, eləcə də “Neftçi”nin veteranları və futbolçuları iştirak edib.

Frame.az Oxu.Az-a istinadən xəbər verir ki, açılışda “Neftçi”nin sabiq prezidentləri haqqında məlumatlar və şəkillərin olduğu stend olub.

Məlumata görə, klubun prezidentlərindən biri Rasim Rəfiyev olub.

O, 1994-cü ildə ciddi maliyyə problemləri olan klubun başına keçib və üç il rəhbərlik edib. Klub üçün ağır vaxtlarda digər rəhbərlərdən fərqli olaraq o, klub üçün öz vəsaitini də xərcləyirdi. “Riyad” mərhələsi başlayandan sonra maliyyə vəziyyəti yaxşılaşdı və klub inkişaf mərhələsinə qədəm qoydu.

Qeyd etmək lazımdır ki, Rasim Rəfiyev həmçinin Azərbaycan yığmasına da yardım edirdi. O, şəxsi təyyarələrində milli komandanın Avropanın müxtəlif şəhərlərin səfərlərini təşkil edirdi və Azərbaycan yığmasına hər cür yardım edirdi.

Təəssüf ki, “Bakcell Arena”da quraşdırılmış stendə ağır 90-cı illərdə “Neftçi”nin prezidenti olan mərhum Rasim Rəfiyevin şəkili və onun haqqında informasiya yox idi. Çoxlarının sözlərinə görə, Rasim Rəfiyev klubu həyatından çox sevirdi…

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: