FutbolIdman

“Neftçi”nin məşqçilər korpusuna yeni təyinat olub

Bakının “Neftçi-2” futbol klubunun məşqçilər korpusuna yeni təyinat olub.

Frame.az klubun rəsmi saytına istinadla xəbər verir ki, Elşən Poladov qapıçılar üzrə məşqçi vəzifəsini yerinə yetirəcək. 40 yaşlı mütəxəssislə bir illik müqavilə bağlanıb.

Qeyd edək ki, Elşən Poladov “Xəzər” (Sumqayıt), “Kimyaçı” (Sumqayıt), OİK (Bakı), “Şəfa” (Bakı), “Dinamo” (Bakı), “Bakı”, “Turan” (Tovuz), “Şəmkir”, “Olimpik” (Bakı), “Kəpəz” (Gəncə), “İnter” (Bakı) klublarında oynayıb. “Bakı” və “İnter”lə Azərbaycan çempionu, “Şəfa” və “Bakı” ilə ölkə kubokunun qalibi olub. 2017-ci ildə futbolçu karyerasını bitirəndən sonra məşqçiliyə başlayıb. “Sumqayıt”ın U-16 və U-17 komandalarında çalışıb.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!