MaraqlıTəqdimat

Nestle 150 illik yubileyini qeyd edir

Dünyanın ən mötəbər brendlərindən biri olan Nestle şirkəti 150 illiyini qeyd edir. Onun tarixi bir yarım əsr əvvəl İsveçrədə yerləşən fransız dilli Vevey şəhərində başlanmışdır, indi də Nestle şirkətinə məxsus 2000 brend bütün dünyada məşhurdur.fabrik

“Nestle” Fabriki, Vevey, 1890-cu il

2016-ci ilin iyun ayında Nestle 150 illik yubileyini qeyd etmək üçün Vevey-də “yuva” adlı muzeyi açdı. Muzey uşaqlar və böyüklər üçün əsl kəşf mərkəzinə döndü, çünki burada qonaqlar: şirkət tarixi ilə tanış olmaq; Nestle-nin bəzi brendlərinin ilk məhsullarını görmək; İnsan orqanizmi, onun funksionallığı və qidalanma təsiri haqqında məlumat ala bildilər. 3000 min kvadratmetrdən çox olan ərazisi 1866-ci ildə ilk dəfə Henri Nestlenin öz taxıl industriyasının inkişaf etdirdiyi ərazidə yerləşmişdir. Muzey brendin 150 illik yubileyini qeyd edir və əsas məqsədi dəstəkləməklə uşaqlar və böyükləri birləşdirir.

Nestle tarixində bir çox maraqlı hadisələr baş verib. Bəs siz bilirdinizmi ki,

– Tariximiz 1866-ci ildə başlayır. Həmin ildə qatılaşdırılmış süd istehsalı sahəsində fəaliyyət göstərən Anglo-İsveçrəli şirkət İsveçrədə qatılaşdırılmış südü istehsal edən ilk avropa zavodu açmışdı. Nestle şirkətinin yaradılmasına səbəb olan əsas amil isə Henri Nestlenin körpələrini döşlə əmizdirə bilməyən analar üçün sağlam və qənaətcil alternativ qida axtarışı olmuşdu.ada

Henri Nestle – Müəllif: J.Tarin,Vevey,1867-ci il ussud

 

“Nestle”dən olan “Farine Lactee” məhsulunun reklamı, Fransa

– 1867-ci ildə ixtisaslı əczaçı olan və İsveçrənin Vevey şəhərində yaşayan Nestle anaların körpələrini qidalandırması üçün alternativ mənbənin yaradılması məqsədilə inək südü, buğda unu və şəkər tozunun müxtəlif kombinasiyalarını təcrübədən keçirməyə başladı. Onun əsas məqsədi pis qidalanmanın səbəb olduğu uşaq ölümü probleminin aradan qaldırılmasına yardım etmək olmuşdu.

Bu məhsul ilə Nestle artıq bütöv bir brend kimi yayılmağa başladı. Onun əsas məqsədi – ailə və uşaqların gələcəyinə qayğı göstərmək idi.

– Henri Nestlenin soyadı alman dialektlərin birində “yuva” deməkdir. Ailə gerbi isə yuvada oturan tək quşdan ibarət idi. Henri də bu gerbdən istifadə edib onu şirkətin loqosuna çevirdi – yuvada oturan üç gənc quş və onlara yemək verən ana. Rəsmi olaraq Henri bu loqodan 1868-ci ildə istifadə etməyə başladı.

“Nestle” qatılaşdırılmış südün reklamı, 1900-cu il

– 1867-ci ildə, Nestle şirkətinin rəhbəri, Henri Nestle İsveçrənin Vevey şəhərində farine lactée (“südlü un”) adlı məhsulunu istehsal etməyə başladı. Pis qidalanmaya səbəb olan uşaq ölümü probleminin aradan qaldırılmasına yardım edəcək bu məhsulun tərkibində inək südü, buğda unu və şəkər tozu var idi. Məhz bu vaxtlarda o, “Yuva” loqosundan istifadə etməyə başladı.

– Sosial səbəblərdən baş verən ilk dəyişikliyə loqo 1988-ci ildə məruz qaldı. Adətən avropalı ailə iki uşağa sahib olurdu, ona görə də yuvada artıq iki balaca quş yaşayırdı. Burada siz loqo dəyişiklikləri ilə tanış ola bilərisiniz:http://www.nestle.com/aboutus/history/logo-evolution

sudlolo

Loqo üzərində dəyişikliklər, 1868 – 2016 illər

-Nestle tez həll olunan qəhvəni 1938-ci ildə yaratmışdır. Şirkət hər zaman öz işlərində sosial məsuliyyət daşıyıb. Hal-hazırda məşhur olan Neskafe qəhvəsi Braziliyada 1930-cu ildə yaranmışdır. İstehsal ölkənin innovasiya və davamlı inkişafının bir hissəsinə çevrildi. Beləliklə, Nestle minlərlə braziliyalı fermerlərin həyatını dəyişdirə bildi.

“Neskafe”nin gəzetdəki ən birinci reklamlarından biri. 1938-ci il, İsveçrə.

_Bu gün, Nestle şirkətində 335,000-dən çox işçi çalışır və 85 ölkənin 436 fabriklərində 2,000-dən çox brendi istehsalında iştirak edir. Şirkətin biznes istiqamətləri istehsalın geniş spektrini əhatə edir: Dənli bitkilər, içkilər, heyvanlar üçün qayğı məhsulları, dəriyə qulluq və s.

Mənbə: http://www.nestle.com/ © Nestlé S.A. Day.Az Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!