Təqdimat

NETTY2017 Azərbaycan Milli İnternet Mükafatının qalibləri elan edildi

Park INN mehmanxanasında 13-cü NETTY2017 Azərbaycan Milli İnternet Mükafatının mükafatlandırma mərasimi keçirildi. Rəsmi şəraitdə NETTY akademikləri cari ildə ən yaxşı milli veb-saytların, sosial səhifələrin, proqramların və layihələrin adlarını elan etdilər. Ölkənin iri İT-şirkətlərin nümayəndələri, mükafatın nominantları, KİV nümayəndələri və çoxsaylı qonaqlar mərasimdə iştirak etdilər. Tədbirin yekunu üzrə video hesabat və fotoşəkillər www.netty.az saytında və sosial şəbəkədə www.fb.com/NETTYAWARD yerləşdiriləcək.

Bu ilin qalibləri:

  1. İdman  https://www.baku2017.com/
  2. Şəxsi səhifə http://www.djakg.com/
  3. Elektron kommersiya http://zoomagazin.az/
  4. Korporativ sayt http://www.ateshgah.com/
  5. Servis-sayt http://lalafo.az/
  6. Cəmiyyət http://greenbaku.az/
  7. Elm və təhsil http://prospectacademy.az/
  8. İnformasiya və xəbərlər http://sputnik.az/
  9. Mədəniyyət və incəsənət http://www.gobustan-rockart.az/
  10. Dövlət saytı http://mod.gov.az/
  11. Azərbaycan http://fontlar.info/
  12. Ən yaxşı Facebook səhifəsi https://www.facebook.com/bodycare.online.shop/
  13. Virtual jürinin seçimi http://www.ferdiders.az/
  14. Mobil avadanlıqlar üçün ilin proqramı:  Baku Airport
  15. İlin İT-hadisəsi: Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi: Bakının bir sıra ictimai yerlərində Wi-Fi xidməti
  16. İnformasiya texnologiyaların inkişafının zənginləşdirilməsi üzrə fəxri mükafat: Chief Information Officer at ADA University Rahid Ələkbərli

NETTY Azərbaycan Milli İnternet Mükafatı 2004-cü ildə təsis edilib. NETTY – Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyalar sahəsində  Azərbaycanın birinci peşəkar mükafatıdır.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!