“new İ “ (Yeni Mən) Buzovnada qadınlar ilə görüşdü

15 aprel tarixində  Buzovna qəsəbəsində “Butic Mali”də  “new İ” (Yeni mən) qadınlar ilə ilk maarifləndirici  görüşünü keçirib.

Görüşə Bakı iş Mərkəzində yerləşən  psixoloji mərkəzin psixoloqu Məsumə Şahmərdanlı dəvət olunub.Görüşdə aktual mövzulardan olan “Qadın və Kişi Psixologiyası “ müzakirə edildi.

“new İ “ ( Yeni mən) Azərbaycan cəmiyyətində qadınları birləşdirmək, maarifləndirmək, ruhlandırmaq, gücləndirmək və nüfuzlu yeni nəsillər formalaşdırmaq üçün bir şəbəkədir. Kollektivimizdə hər bir kəs Azərbaycan qadınının sağlamlığı,rifahi, xoşbəxtliyi, rahat yaşayışı, sosial və iqtisadi tərəqqisi üçün birgə çalışmaqdadır.

“new İ” gələcəkdə də bu tip maarifləndirici görüşlər keçirməyi hədəfləyir.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: