IdmanVoleybol

Niderland millisi dörddəbir final mərhələsinə vəsiqəni təmin edib

Azərbaycanda və Gürcüstanda təşkil edilən qadın voleybolçular arasında Avropa çempionatının pley-off mərhələsində günün sonuncu oyununda Niderland və Xorvatiya komandaları qarşılaşıblar.

Frame.az xəbər verir ki, matçın birinci setində niderlandlı voleybolçular xorvatiyalı rəqiblərinə asanlıqla qalib gəliblər – 25:18. Görüşün ikinci setində də Hollandiya kollektivi Xorvatiya komandasından üstün olub – 25:8. Qarşılaşmanın üçüncü seti maraqlı mübarizə ilə yadda qalıb. Setə daha fəal başlayan Xorvatiya yığması hesabda 6 xal önə çıxmağa nail olub. Lakin əzmkar mübarizə aparan Niderland komandası fərqi aradan qaldırmağı bacarıb. Setin sonları isə daha gərgin keçib. Burada daha inamlı oyun nümayiş etdirən hollandiyalılar 25:21 hesabı ilə qalib gəliblər. Ümumi nəticədə 3:0 hesabı ilə üstün olan Niderland millisi dörddəbir final mərhələsində İtaliya yığmasına rəqib olub.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!