Nigar Arapadarai pandemiya dövründə tibb işçilərinə həyat sığortasının tətbiqi təşəbbüsü ilə çıxış etdi

Millət vəkili Nigar Arpadarai hazırda ölkəmizdə 584 Covid-19 virusuna yoluxma halı qeydə alındığını və belə bir şəraitdə koronavirusla mübarizə məsələsində ön cəbhədə çalışan, ən çox risk altında olan insan qrupu həkimlər, digər səhiyyə işçiləriniə həyat sığortasının tətbiqi məsələsini irəli sürüb. Bu barədə öz sosial şəbəkə hesabında paylaşım edən millət vəkili pandemiya ilə fədakarcasına mübarizə aparan tibb işçilərinin qorunması məsələsinin gündən-günə aktuallığını artırdığını söyləyib.

“Koronavirusla mübarizə tədbirlərində iştirak edən səhiyyə işçilərinin əməyi dövlət tərəfindən yüksək qiymətləndirilir. Dövlət başçısı hələ bir neçə həftə öncə, karantin tədbirlərinin tətbiq olunmasının ilk dönəmində səhiyyə işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və əmək haqqlarının artırılması haqqında sərəncam imzalayıb, aidiyyatı qurumlara müvafiq göstərişlər verib. Hesab edirəm ki, pandemiya dövründə səhiyyə işçilərinin qorunması və gələcəyə əminliyini təmin etmək üçün atılmalı olan növbəti addım, pandemiya zamanı əmək fəaliyyətinə görə xəstələrlə birbaşa ünsiyyətdə olan insanlar üçün (tibb personalı və digər əməkdaşlar) həyat sığorta mexanizminin tətbiqi olmalıdır”, deyə N.Arpadarai bildirib.

O, ölkəmizdə tibbi işçilərinin qorunması və onlar üçün lazımi sanitar şərait yaradılması barədə heç bir şübhəsi olmadığını bildirib, Arparadai eyni zamanda dünya praktikasına əsasən 100% yoluxmanın qarşısının alınmasını təmin etməyin mümkün olmadığını və həmin tibb işçilərinə həyat sığortasının tətbiqinin xüsusi önəmini də vurğulayıb. Sonda Nigar Arparadai növbəti günlər ərzində məsələ ilə bağlı ən münasib təklif hazırlamaq üçün araşdırma aparacağını, müvafiq qurumlara sorğuları yönləndirəcəyini qeyd edib.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: