Nik Çester: Bakı trası maraqlıdır

“Renault” komandası mövsümə qənaətbəxş başlayıb, amma bu, ilk növbədə, sabitlik hesabına əldə olunub.

Frame.az xəbər verir ki, şassinin işlənib hazırlanmasına və modernləşdirlməsinə cavabdeh olan texniki direktor Nik Çester Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq işlərinin xüsusiyyətlərindən danışıb.

-Qarşıdan gələn Qran-Pri komanda üçün nə dərəcədə mürəkkəbdir?

-Bakı trası maraqlıdır, bu Qran-Pri təqvimə nisbətən yaxın vaxtlarda salınıb. İçərişəhər ərazisindən keçən dolanbac seksiya xüsusilə diqqətəlayiqdir, çünki konsentrasiya itirilsə, baryerə çırpılmaq olar. Buna görə də həm pilotu, həm də texniki ciddi sınaq gözləyir. Trasda ortasürətli və sürətli dönüşlər, habelə çox uzun düz yol var.

Tras qarşımıza mürəkkəb vəzifə qoyur, çünki orta seksiya üçün lazım olan sıxma qüvvəsi səviyyəsindən istifadə edə bilmərik və məhz bu düz yola görə sıxmanı xeyli azaltmalı oluruq. Bu isə kompromisli həll yoludur.

Sıxma qüvvəsinin səviyyəsi istədiyimizdən aşağı olduğuna görə rezinin gərəkli iş diapazonuna qədər qızmasına nail olmaq çətindir. Həm maksimum sürət əldə edilməli, həm də dövrənin qət edilməsi vaxtı lazımi səviyyədə olmalıdır. Bu iki şərtə əməl etmək heç də asan deyildir.

-Bakı trasında maşının hərəkətinə təsir göstərən güclü küləyə uyğunlaşmaq çətindirmi?

Küləyin təsiri həqiqətən hiss olunur, çünki maşınlar ümumiyyətlə bu növ təsirlərə çox həssasdır. Bütün aerodinamika elementləri yetərincə dar diapazonda işləmək üçün nəzərdə tutulub. Külək maşını şaquli ox ətrafında döndərəndə, bu elementlər öz səmərəsini itirir. Külək yandan əsəndə həmin ox ətrafında dönmə bucağı artır, hava axınının strukturu dağılır və nəticədə sıxma qüvvəsi kəskin azalır.

Səmt küləyi də çətinlik yarada bilər, o da sıxmanı azaldır. Bu həftəsonunda biz küləyin təsirinin və trasda temperatur dəyişikliklərinin öhdəsindən gəlmək üçün sazlama işlərini sahmana salacağıq.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: