Niko Rosberq Gənc Pilotlar Akademiyası açıb

Formula 1-in çempionu Niko Rosberq gənc pilotlara dəstək proqramına start verdiyini elan edib.

Frame.az “motosport.com” saytına istinadla xəbər verir ki, N.Rosberq ötən həftəsonunda İtaliyanın Sarno şəhərində kartinq yarışlarında olub və Gənc Pilotlar Akademiyasının yaradıldığını anons edib. Layihəni “Mersedes F1” və “Petronas” dəstəkləyəcək.

N.Rosberq bildirib ki, MBM komandasının kartinq rəhbəri Dino Kyozo ilə əməkdaşlıq edəcək. Qeyd edək ki, N.Rosberq 2000-ci illərin əvvəllərində Luis Hemilton ilə birlikdə bu komandanın idman şərəfini qoruyub.

N.Rosberqin proqramına cəlb olunan ilk iki pilot 13 yaşlı ingilis Teylor Barnard və 18 yaşlı italyan Lorenso Travizanuttodur.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: