Niyə münasibətlərim uğursuz olur?

Tədbir haqqında

“Kairos Consulting” sosial layihə çərçivəsində geniş auditoriya üçün nəzərdə tutulan “Niyə münasibətlərim uğursuz olur?” üzrə məlumatlandırıcı – praktiki seminar keçirir. Bu layihə iştirakçılara Sistem Düzülüşü alman psixoterapiya metodu ilə həm nəzəri cəhətdən, həm də təcrübədə tanış olmaq imkanı verəcək.
Avropa ölkələrində, son illərdə, bu üsul həkimlər, müəllimlər, psixoloqlar, psixoterapevtlər, hüquqşünaslar, iş adamları, sosial işçilər, eləcə də incəsənət xadimləri tərəfindən geniş istifadə olunur.
“Kairos Consulting” öz fəaliyyəti ərzində, bu mövzu ilə bağlı, həkimlər, müəllimlər, psixoloqlar, sosial işçilər, incəsənət xadimləri auditoriyalarında müxtəlif mövzularda seminarlar keçirib. Hazirda keçirilən seminar “Münasibətlər” mövzusuna həsr olunub.

Bu seminar nəzəri və praktiki hissədən ibarət olacaq.

Seminarın nəzəri hissəsi :
– metodun tarixi,
– metodun nəzəri əsaslandırılması,
– psixoloji və sosial təcrübədə sistemlər haqda təqdimatlar,
– sahə paradiqması və təmsilçi qavrayış fenomeni haqda anlayışlar,
– şəxsiyyətin münasibət qurmağa hazır olmaması,
– münasibətlərin qurulmasinda səhflər,
– şəxsi münasibətlərə sistemlərin təsiri (səhhət, ailə, nəsil, etnik, din),
– münasibətlərin pozulmasının səbəbləri,
– pozulmuş münasibətlərin bərpa yolları,
– müzakirə,
– suallara cavablar.

Və əsas o dur ki, seminarın praktiki hissəsində sizin sifarişiniz üzrə diaqnostik mini – düzülüş etməyə imkanınız olacaq. Əgər siz öz probleminiz ilə daha dərindən işləmək istəsəniz, biz sizə seminardan kənar fərdi terapiya (düzülüş) təklif edə bilərik.

Seminar azərbaycan dilində keçiriləcək!
Eyni mövzuda olan seminar rus dilində 16 iyul 2016 keçirilib.

Təcrubə göstərir ki, seminardan əvvəl mövzu ilə bağlı məlumatları daha çox olan iştirakçilar seminardan daha səmərəli faydalanıblar. Bu məqsəd ilə tövsiyyə olunur ki, seminardan əvvəl internet vasitəsi ilə Sistem Düzülüşü (rus dilində – Системные расстановки) anlayışı ilə tanış olasınız.

Maraqı olanlar üçün Düzülüş etdiyimiz kliyentlərin cavab məktubları buradadır:
https://www.facebook.com/ KairosConsultinq/posts/ 371551743027895?fref=nf
və burada:
https://www.facebook.com/ KairosConsultinq/reviews/

Seminarda iştirak ödənişsizdir!
(18+)

Seminara qatılmaq üçün qeydiyatdan keçmək lazımdır!

Gecikmiş şəxslər tədbirə buraxılmır!

Aparıcı: psixiatr-psixoterapevt Əliağa Həsənov.

Mərkəzin ünvanı: Bəşir Səfəroğlu Küçəsi 219, AZ Baki, Azərbaycan.
Əlavə məlumat üçün: +994(50) 5114708, +994(12) 4987104 nömrələri ilə əlaqə saxlaya bilərsiz.

@Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: