Cinema

Nizami Кino Mərkəzində “Rəcəb İvedik 5” filmi

Nizami Kino Mərkəzində  mayın 04-dən etibarən “Rəcəb İvedik 5” türk filminin nümayişi  başlanacaq.

Filmdə Rəcəb İvedik obrazı ilə Türkiyə və türk dünyasında məhşurlaşan aktyor  Şahan Gökbakar  bu dəfə  ətrafındakı qrupla birlikdə yarımçıq qalmış vacib bir işi  tamamlamaq üçün yola çıxır. Gənc idmançıları  müsabiqələrə aparmaq üçün təlimat alan Rəcəb, hər zaman olduğu kimi qaş düzəltmək yerinə  vurub göz çıxarır və bu səbəbdən Türkiyəni atletika, boks, güləş və digər idman növləri üzrə təmsil etmək onun və komandasının boynuna qalır…

Türkiyənin “Çamaşırhane Produksiyon” kinostudiyasında lentə alınan filmin ssenari müəllifi  və rejissoru Toğan Gökbakardır.  Əsas rollarda aktyorlar   Şahan Gökbakar, Orkan Varan və  Deniz Ceylan çəkiliblər.

Biletləri  üç gün qabaqdan Nizami Kino Mərkəzinin kassalarından  əldə etmək olacaq  (https://www.facebook.com/NizamiCinema?rf=hl). Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!