EventsTəqdimat

Nizami Kino Mərkəzi Ukraynada keçirilən «Unlimited: Sərhədsiz incəsənət» forumunda Azərbaycanı təmsil edib

Britaniya Şurasının təşəbbüsü ilə Ukraynada keçirilən «Unlimited: Sərhədsiz incəsənət»  Forumunda Britaniya, Ukrayna, Azərbaycan və Gürcüstandan 200 nümayəndə  iştirak edib.

Britis Council Azərbaycanın nümayəndə heyəti ilə birgə  Nizami Kino Mərkəzinin direktoru Leyli Mirzəyevə  Kiyevdə keçirilən «Unlimited: Sərhədsiz incəsənət»  forumunda iştirak edib.

Forumun açılışında iştirak edən Ukraynanın birinci xanımı Marina Poroşenko çıxışında əlil insanların aktiv ictimayi həyata daxıl olmalarını , dövlət siyasətinin bir hissəsi olduğunu vurğulayıb və bu sahədə zəmin olaraq inklyuziv layihələrin hazırlanmasının vacibliyini qeyd edib.

Panel diskussiyaları zamanı Leyli Mirzəyeva  forum iştirakçılarına Azərbaycanda ilk dəfə Nizami Mərkəzinidə “Kino hər kəs üçün” layihəsi çərçivəsində danişma və eşitmə qabiliyyəti məhdud  olan insanlar üçün xüsusi surdotərcümə olunmuş film nümayişlərinin  təşkili haqqında təcrübə ilə bölüşüb və bu layihənin  ugurlu olduğunu bildirib.

Xatırladaq  ki, inklyuziv layihələr  sırasında bu yaxınlarda  Nizami Kino Mərkəzində görmə qabiliyyəti məhdud olan insanlar üçün də kino nümayişləri təskil olunacaq.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!