Nizami Kino Mərkəzində “Naxox” filminin qala-gecəsi keçirildi

Tədbir məhşurların, medianın və blogerlərin iştirakı ilə həyata keçirilib.

Filmin baş prodüseri Orxan Mərdan qeyd edib ki, film müasir kinomuzun həm gülüş, həm də keyfiyyət baxımından öndə gedənlərindən olacaq.

Komediya Film Distribution International-ın dəstəyi ilə çəkilib. 29 dekabrdan film ölkənin bütünkinoteatrlarında yayımlanacaq.

Aktyorlar (baş rollarda): Elməddin Cəfərov, Fərda Amin, Ağaxan Salmanlı, Abbas Qəhrəmanov, Fidan Axundova, Rüfət Nəzərli, Nigar İbrahimova

Sinopsis:

Emiliya ilə ailə həyatı qurub xoşbəxt yaşayan Rəftar ata olmağa hazırlaşır. Bir səhər ağrıları başlayan Emiliyanı xəstəxanaya yerləşdirdikdən sonra xəstəxana xərclərini ödəmək üçün pul axtarmağa başlayır. İlk olaraq da yaxın dostu, illərdir görmədiyi Qəhrəmanın yanına getməyə qərar verir. Qəhrəman isə Nüşabədən sonra onun eşqindən tərki-dünya olaraq yaşayır.

Beləliklə, Rəftar və Qəhrəman illər sonra görüşürlər və məlum olurki, hər iki qəhrəmanımızın problemləri var, hər ikisinə də təcili iş lazımdır. Rəftar və Qəhrəman əllərinə düşən ilk iş təklifin idəyərləndirərək Ağsaqqal kişiyə dayə düzəlməyi qərar verirlər. Söz dinləməz nadinc Ağsaqqal kişi ilə yaşamaq , ona qulluq etmək elə də asan olmur. Və günlərin bir günü Ağsaqqal təsadüfən dünyasını dəyişir. Təbii ki, bunu heç kimə demək olmaz,  çünki hamı onlardan şübhələnəcək.

Məhz buna görə bizim iki qorxaq qəhrəmanımız vəziyyətdən çıxış yolunu Ağsaqqalın ruhunu çağırmaqda görürlər. Gözlənilmədən ruh gəlir. Rəftar və Qəhrəman bir tərəfdə Ağsaqqalın cəsədi, bir tərəfdə də onun ruhu ilə baş-başa qalırlar. Beləliklə, gülməli hadisələr başlayır. Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: