Nizami Kino Mərkəzində türk ulduzlarının iştirakı ilə – “Dünya Hali” filminin Qala gecəsi keçiriləcək

Mövsümü  Milli filmlərin  qala-gecələri ilə açan    Nizami Kino Mərkəzi, noyabrın 7-də Af Media şirkətilə birgə, kinosevərləri,  “Dünya hali” romantik komediya filminin Qala gecəsiylə sevindirəcək.

Filmin baş qəhrəmanları,  türk ulduzları Murat Dalkılıç və Melis Sezen Qala gecəsində iştirak etmək üçün Bakıya gələcəklər.

Rejissor Ömer Canın çəkdiyi “Dünya Hali” filmi aşiq olma qorxusu olan Serdarın və onun xoşlandığı gənc qadın Gizemin  eşqə döğru gedən yollarından bəhs edir.      

Filmi izlədikdən sonra, qonaqlar  media üçün mətbuat konfransı keçirəcəklər.

Hörmətli  kinosevərlər,  qala –gecəsi  haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook və instaqram  səhifəsindən öyrənə bilərsiniz. (https://www.facebook.com/NizamiCinema?rf=hl)

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: