Nizami Kino Mərkəzində ümummilli lider Heydər Əliyevın anım günü ilə əlaqədar repertuar dəyişikliyi edilib

Dekabrın 12 –də  Nizami Kino Mərkəzində ümummilli lider Heydər Əliyevin anım günü  ilə əlaqədar  komediya janrında olan filmlərinin nümayişi dayandırılacaq.

Kinomərkəzin repertuarına, Mədəniyyət və Turizm nazirliyinin sifarişi ilə “Səlnamə”  kinostudiyasında rejissor  Eldar Quliyevin  çəkdiyi “Heydər Əliyev. Azərbaycan mədəniyyətinin hamisi”  adlı qısametrajlı sənədli film daxıl ediləcək.

Film  seansları 12:30, 15:25, və 18:25-də  keçiriləcək.

Seanslara giriş sərbəstdir.

Film haqqında daha ətraflı  Nizami Kino Mərkəzinin Facebook səhifəsindən öyrənmək mümkündür.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: