Nizami Kino Mərkəzində yeni filmlərin nümayişi başlanıb

Nizami Kino Mərkəzində aprelin 26–dan Türkiyənin “Can feda” ABŞ-ın “Döğru və cəsarət” və ABŞ və Kanadanın “Dumanla nəfəs al” filmlərinin nümayişi başlanıb.
AF Mediya şirkətinin təqdim etdiyi “Can feda” döyüş filminin rejissoru Çağatay Tosundur. Yaş həddi: 14+
Film, Türk ordusunun Vətən uğrunda, terrorçular tərəfindən qurulmuş təhlükəli tələyə qarşı mübarizəsindən bəhs edir.
Rollarda Kerem Bürsin, Burak Özçivit, Melike İpek Yalova çəkiliblər.
Rejissor Ceff Uodlounun, Mayk Reyşin ssenarisi əsasında çəkdiyi “Doğru və cəsarət” filmi dəhşət janrındadır. Yaş həddi: 18 +
Oyun prosesinə qeyri-təbii qüvvələr qarışdıqda, adi oyun amansız ölüm qaçışına çevrilir. Düz qediş etməyən oyunçuya divan tutulur. Sonda bu qəddar oyundan kim qalib çıxacaq heş kəs bilmir…
Filmdə rolları Lyusi Heyl, Cillian Ceykobs, Kristofer Roaç və digər aktyorlar ifa edib.
Fantastika, triller və macəra janrında çəkilən “Dumanda nəfəs al” filminin rejissoru Deniel Robi , ssenari müəllifi Qiyom Lemandır. Yaş həddi: 14 +
Zəlzələdən sonra Pariji bürüyən qatı duman insanları və bütün canlıları ölümə məhkum edir. Az sayda sag qalanlar, nəfəs almaq üçün binaların damına çıxırlar. Əlaqəsiz, susuz, qidasız qalanlar hələ də köməyə ümid edirlər. Anna və Metyu qızlarını xilas etmək üçün hər şeyə hazırdılar…
Baş rollarda Romen Dyuris, Olqa Kurilenko, Fantina Arduin, Mişel Roben və Anna Qeylor çəkiliblər.
Filmlər haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook səhifəsindən öyrənə bilərsiniz.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: