CinemaEventsFestivallarTəqdimatƏyləncə

Nizami Kino Mərkəzində“ Azərbaycanda Rusiya Kinosu həftəsinin açılış mərasimi keçiriləcək

Sentyabrın  07-dan-10-dək  Nizami Kino Mərkəzində Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət  Nazirliyi, Rusiyanın “Kinofest” Prodüser Mərkəzi və Nizami Kino Mərkəzinin təşkilatçılığı ilə Rusiya Kino Günlərinin açılış mərasimi keçiriləcək .

Açılış mərasimində  Rusiya kinematoqrafiyasının  simaları və “Kinofest” Prodüser Mərkəzinin nümayəndələri iştirak edəcək.

Açılış mərasiminin  rəsmi hisssindən sonra rejissor Serqey Mokritskinin  2018-ci ildə istehsal olunmus fentezi janrında çəkdiyi  “Çernovik”  bədii filmi nümayiş olunacaq.

Qeyd edək ki,  Kino Günləri çərçivəsində  sentyabrın 08-də  rejissor Yekaterina Teleqinanın, azərbaycan aktyorlarınında yer aldığı komediya janrında çəkdiyi “Kilimandjara” filmi,  sentyabrın 09-da  rejissor Danila Kozlovskinin  dram janrında çəkdiyi “Trener” filminin, sentyabrın 10-da  Klim  Şipenkonun  dram janrında çəkdiyi  “Salyut – 7” bədii filmi şəhər sakinlərinə və şəhərimizin qonaqlarına təqdim olunacaq.

Nizami kino Mərkəzində Rusiya Kinosu həftəsi çərçivəsində   nümayiş olunacaq filmərin seansları hər gün saat 18 : 30-da kinomərkəzin böyük zalında başlayacaq.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!