EventsTəqdimat

Nizami Kino Mərkəzində “Mutluluq zamanı” filminin qala-gecəsi keçiriləcək

Milli və xarici  filmlərin  qala-gecələrinin   əvəzolunmaz məkanı olan  Nizami Kino Mərkəzində,  dekabrın 13 –də  türkiyə istehsalı olan “Mutluluq zamanı ” filminin qala-gecəsi keçiriləcək. Türkiyənin   məşhur aktyorları, filmdə baş rollara çəkilmiş  Barış Arduç və Elçin Sangu  qala – gecəsinə qatılacaqlar .

Senol Sönmezin lentə aldığı bu film romantik komediya  janrındadır.  Yaş həddi: 12+

Film, keçmişiylə  üzləşməyən, özünə mükəmməl həyat yaradan “Mutluet.com.tr” şirkətinin sahibi  Mertin  və bütün həyatını keçmişdə yaşadıqlarının üzərində quran Adanın eşq hekayəsindən bəhs edir…

Qala –gecədə baş qəhrəmanları canlandıran aktyorlar Barış Arduç, Elçin Sangu və yaradıcı qrupunun digər üzvləri iştirak edəcəklər.

Qeyd edək ki, baş rolları ifa edən aktyorlar Azərbaycan tamaşaçısına “Kiralıq aşk” serialından tanışdır.

Filmi izlədikdən sonra, qonaqlar  media üçün mətbuat konfransı keçirəcəklər.

Qala –gecəsi  haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook səhifəsindən öyrənə bilərsiniz.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!