Təqdimat

“NoMoreRansom” layihəsi kiber fırıldaqçıların qurbanlarını səkkiz milyon avroluq xərcdən xilas edib

Bir il bundan öncə, 2016-cı ilin iyul ayında “KasperskyLab”, McAfee, Avropol və Niderland polisi tərəfindən troya-fırıldaqçıları ilə mübarizəyə yönəlmiş birgə beynəlxalq təşəbbüs olan “NoMoreRansom” layihəsiişə salınmışdı. Layihənin ilk ilinin əsas nəticələri kimi şirkət aşağıdakı rəqəmləri təqdim edir: 28 mindən artıq cihazda zərərli proqram təminatları aşkarlanıb və fırıldaqçılar tərəfindən tələb olunan məbləğin 8 milyon avro dəyərində olan hissəsinə isə qənaət olunduğu bildirilibdir.

www.nomoreransom.org saytında “KasperskyLab” və layihənin digər iştirakçıları tərəfindən hazırlanmış faylların deşifrə olunması üçün 54 alət tapmaq mümkündür. Bu alətlər 104 növ fırıldaqçılıqla uğurla mübarizə apara bilirlər. İl ərzində “NoMoreRansom” saytına 1,3 milyon unikal istifadəçi daxil olmuş və onların 150 mini məhz 14 may tarixinə — “WannaCry” adlı şifrləyici epidemiyasının pik nöqtəsinə təsadüf edir. “NoMoreRansom” platforması artıq 26 dildə mövcuddur. Ötən il ərzində sıralarında özəl şirkətlər və müxtəlif ölkələrin hüquq-mühafizə orqanları olan yüzdən çox tərəfdaş layihəni dəstəkləyibdir. Tərəfdaşlar sırasına yeni qoşulmuş qurumlardan – “Barclays” bank konqlomeratı, Belçikaya məxsus CERT (CERT.BE) və kiberekspertiza üzrə Qlobal forum (Global Forum on CyberExpertise, GFCE), eyni zamanda da Çexiya, Yunanıstan, Honq-Konq və İranın hüquq-mühafizə orqanları da daxildir.

“Hər gün daha çox istifadəçi və təşkilatlar fırıldaqçı-proqramlardan zərər çəkir. Sadəcə “WannaCry” virusunun qurbanlarının sayı bir neçə gün ərzində 150 ölkədən müxtəlif kommersiya təşkilatları  və kritik infrastruktur obyektləri də daxil olmaqla, 300 min istifadəçiyə qədər çatmışdı. “ExPetr” şifrləyicisinin hücumuna məruz qalan bəzi təşkilatlar hələ də özlərinə gələ bilməyiblər. Bu epidemiyalar tendensiyanı sadəcə təsdiq etmiş olurlar. Həmçinin fırıldaqçılarla üzləşənlərin ümumi sayı artmaqda davam edir: son il ərzində bu say 11% artıb və artıq 2,5 milyon insanı aşıbdır. Bu kimi hallarda təhlükələrə qarşı birgə mübarizə aparmaq daha məqsədəuyğundur, belə ki, qlobal problemləri yalnız qlobal səylərlə aradan qaldırmaq olar,” – deyə “KasperskyLab” şirkətinin antivirus üzrə eksperti Anton İvanov bildirib.

Bütün dünyada hüquq-mühafizə orqanları fırıldaqçı-proqramlarla bağlı kibercinayətkarlıqla mübarizə aparır, lakin bu kimi halların qarşısını almaq onların fəsadlarını aradan qaldırmaqdan daha asandır. Bu səbəbdən internet istifadəçiləri ilk öncə cinayət qurbanı olmaqdan yaxa qurtarmağın yollarını bilməlidirlər. Fırıldaqçının hücumunu qabaqlamaqla bağlı məsləhətləri bu keçiddən əldə edə bilərsiniz: www.nomoreransom.org/ru/prevention-advice.html.

Ancaq siz artıq zərərli proqram təminatının qurbanı olmusunuzsa, ekspertlər heç bir halda pul verməməyi və məruz qaldığınız zərər barədə mütləq polisə məlumat verməyi məsləhət görürlər.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!