MaraqlıSəyahət

Nonq Nuç (Nong Nooch) bağı

Bütün dünyada valehedici Tay Mədəniyyəti və fil şouları ilə məşhurlaşan, həmçinin Cənub-Şərqi Asiyanın ən böyük və möhtəşəm botanika bağlarından biri hesab olunan tropik Nonq Nuç (Nong Nooch) bağı təbiiliyi və qeyri-adiliyi ilə turistlərin diqqətini çəkir.

Əgər siz Banqkok və ya Pattayaya getmisinizsə, yolunuzu möhtəşəm attraksionların yer aldığı Nonq Nuç bağından salın.
Bura gələn qonaqları intizarda saxlamaq üçün yeniliklərlə dolu bağ daima inkişaf edir.

1954-cü ildə cənab Pisit və xanım Nonq Nuç Tansaça Çonburi vilayətində 600 hektar torpaq alır. Əvvəlcə meyvə-tərəvəz plantasiyası yaratmaq istəsələr də, sonradan fikir-lərindən daşınırlar.

Xanım Nonq Nuç Avropaya səyahət etdikdən sonra oradakı parkların gözəlliyinə heyran olur və öz ərazisində də turistlər üçün bağ salmağa qərar verir. Və bu məqsədlə dünyanın hər yerindən ağac və çiçəklər gətirilir, restoranlar tikilir.

1980-ci ildə isə park bütün qonaqlar üçün açıq elan olunur.

2001-ci ildən direktor Nonq Nuç xanımın oğlu Kampon Tansaça olur.

Dibçəklər bağındakı saxsı qablar tay stilində hazırlanıb və sobada bişirilib. Burada saxsı qablardan maşın, ev və qatar formasında müxtəlif heykəllər düzəldilib.

Siyam Tour

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!