Norveçi Azərbaycanlı fotoqrafın gözü ilə kəşf edin

Martın 10-da Landmark Rotunda zalında Norveçdə yaşayan həmyerlimiz Fariz Nadir Rzayevin fotolarından ibarət fərdi sərgisinin açılışı olacaqdır.

Sərgi “On-Line in Oslo” adlanır və Norveçin paytaxtı Osloya, onun simmetriyaları, xəttləri və özünə məxsus memarlığına həsr edilmişdir.

Qeyd edək ki, sərgi Norveç Krallığının Azərbaycandaki səfirliyinin, birbaşa cənab səfir Bård Ivar Svendsen və Norveç-Azərbaycan Gənclər Təşkilatının təşəbbüsü ilə  baş tutacaqdır.

Sərginin açılışı martın 10-da saat 17.00-da olacaq.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: