EventsTəqdimat

“Novruz Cup 2017” adlı xeyriyyəçilik yarmarkası keçiriləcək

Mart ayının 24,25,26-si saat 12:00-da BTA-da(Bakı Tennis Akademiyası) bizim balaca Sabir ve Aişəyə həsr olunmuş Tennis üzrə “Novruz Cup 2017” adlı xeyriyyəçilik yarmarkası keçiriləcək .

Qalibləri mükafatlandırma tədbiri 26 Mart tarixinde Əziz Əliyev 11 küçəsində yerləşən “Rocca” cafe & restaurant , əlavə olaraq “Rocca” kafenin qapilari səher saat 11:00-dan axşam saat 19:00-a qədər bizim balaca uşaqlarımızın şən və səmərəli vaxt keçirməsi üçün xeyriyyə yarmarkasına görə təşkil olunmuş tədbirə görə açıq olacaq , hər kəs dəvətlidir , giriş pulsuzdur !

Biz sizi və sizin ailənizi Tennis turnirinə dəvət edirik ki , bizim peşəkar idmançılarımızın oyunundan zövq alasınız , çox maraqlı olacaq !

Bütün günü bizim ile birgə olacaq şəxslər :

Shou Proqramın aparıcısı

✔ Əsrarəngiz DJ Eko  Estradanın tanınmış simaları

✔ Animatorlar

✔ Face art

✔ Sehirbaz

✔ Sabun qovuqları shousu ve hərkəsin sevimlisi olan , əvəzolunmaz Kloun Aquşa sırf bu tədbir üçün hazır olunmuş öz yadda qalan yaz proqramı ilə.

Bu xeyriyyə yarmarkasında, bizim ulduzumuz olan Kamilla Ağadadaşova tərəfindən hazirlanmış əl işləri diqqətinizə təqdim olunacaq. Balaca Kamilla özü müalicə almağına və daimi dərman preparatları istifadə etməsinə baxmayaraq , həmin əl işlərini böyük sevgi ilə hazırlayıb ki , onun da bu uşaqların sağalmasında iştirakı olsun.

Gəlin balaca dostlarımıza birlikdə yardım əlini uzadaq.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!