Belqradda keçirilən “Azərbaycan milli mətbəxi” həftəsi çərçivəsində Novruz bayramı qeyd edilib

13-21.03.2019-cu il tarixlərdə Azərbaycanın Serbiyadakı səfirliyinin təşkilatçılığı və Azərbaycan Milli Kulinariya Assosiasiyasının dəstəyi ilə Belqradda keçirilən “Azərbaycan milli mətbəxi” həftəsi çərçivəsində Novruz bayramı qeyd edilib.

Tədbirdə Serbiyada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Azərbaycan Mədəniyyət Mərkəzi və Belqrad Universitetində fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzinin əməkdaşları, Serbiya-Azərbaycan Ticarət Palatasının və Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, Parlamentin Serbiya Azərbaycan Dostluq Qrupunun sədri və üzvləri, ölkəmizin “AzVirt” şirkətinin nümayəndələri, səfirliyin əməkdaşları, eləcə də bu ölkədə çalışan, təhsil alan azərbaycanlılar iştirak ediblər.

Tədbirdə “Azərbaycan milli mətbəxi” həftəsi çərçivəsində Belqradda səfərdə olan, Azərbaycan Milli Kulinariya Assosiasiyasının idarə heyətinin üzvü, usta aşpaz Ziya Şahbazovun hazırladığı milli yeməklərimizdən ibarət bayram süfrəsi açılıb. Qonarlara milli mətbəx nümunələrimizdən – şah plov, lülə kabab, turşu qovurma, mütəncəm, balıq ləvəngisi, badımca ləvəngisi, lobya fisincan, manqal slatı və çoban salatı ikram olunmuşdu.

Mərasim milli musiqi və rəqslərlə davam edib.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: