Novxanıda 10 sərv ağacının kəsilməsi nəticəsində təbiətə 1960 manat ziyan dəyib

Abşeron rayonunun Novxanı kəndi ərazisində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayəti Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları araşdırıblar.

Bu barədə məlumat verən xidmətin rəis müavini Ramal Bağırov deyib ki, əraziyə keçirilən baxış zamanı Kərim Kərimov küçəsində 10 sərv ağacının kəsildiyi, 5-nin isə budandığı məlum olub: “Araşdırma zamanı ağacların kənd sakini Solmaz Fətəliyevanın göstərişi ilə kəsildiyi və təbiətə 1960 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Abşeron Rayon Prokurorluğuna göndərilib”.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: