Nümayəndə heyətimiz Makedoniyada böyük uğur qazandı

Azərbaycan nümayəndə heyətinin 24-28.10.2017-ci il tarixində Makedoniyanın Strumica şəhərində keçirilən Beynəlxalq Kulinariya Çempionatında iştirak edib.

Çempionatda 24 ölkə (Azərbaycan, Ukrayna, Makedoniya, İtaliya, Serbiya, Xorvatiya, Çernoqoriya, Rusiya, Çexiya, Böyük Britaniya, Polşa, Sloveniya, Bolqarıstan, Türkiyə, Rumıniya, Yunanıstan, Slovakiya, İsveçrə, Israil, Albaniya, İsveç, Monqolustan, İslandiya, Kipr ) iştirak edirdi. Bir çox ölkələrdən 20-30 nəfər iştirakçı gəlmişdi.

Tədbirdə 8 boksda eyni zamanda 8 iştirakçı çıxış edirdi.

Azərbaycanı münsiflər heyətində Tahir Əmiraslanov təmsil edirdi.
Azərbaycan komandası ümumilikdə 5 fərdi, 1 komanda sinifində, 1 yerli sinifdə çıxış etdi. Nəticədə komandamız 3 qızıl, 3 gümüş və 2 kubok qazandı.

Bunlardan Halil Kozakoğulları 3 fərdi sinifdən 1 qızıl, 2 gümüş, Ruslan Şıxəliyev 3 fərdi sinifdən 2 qızıl, 1 gümüş, 1 yerli sinifdən kubok medal qazandı.

Komanda sinifində (Halil Kozakoğulları, Ruslan Şıxıyev, Tünzalə Məmmədzadə) kubok qazanıldı. Makedoniyanın Baş nazir Zoran Zaev aşpazların mükafatlandırılması mərasimində iştirak etdi. Azərbaycan nümayəndə heyəti tərəfində Zoran Zaevə ” Azerbaijan Culinary” kitabı hədiyyə edildi.

Tədbir zamanı “Azərsun Holding” istehsalı olan “Super Sun” yağlarından istifadə edildi.
Çempionata dəstək verdiyi üçün ” Gilan Holding”-ə minnətdarlığımızı bildiririk.
Çempionatda iştirakımızın nəticələrini müsbət qiymətləndirmək olar.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: