Nümayəndə heyyətimiz Çernaqoriyada keçirilən Beynəlxalq Kulinariya Çempionatında

20-21.04.2017 ci il tarixində Çernaqoriyada keçirilən Beynəlxalq Kulinariya Çempionatında ölkəmizdən başqa Türkiyə, Ukrayna, Rusiya, Yunanıstan, Sloveniya, Serbiya, Albaniya, Xorvatiya, Hindistan və s kimi 10 dan çox ölkə iştirak edirdi.

Tədbirdə nümayəndə heyətimiz daimi olaraq Azərbaycanın Çernoqoriyadakı konsulluğunun himayəsi altında oldu. Komandamız tədbirdə 3 fərdi sinif və 1 komanda yarışında iştirak etdi.

Budvada keçirilən bu ilki Beynəlxalq Kulinariya Çempionatında Ümumdünya Kulinariya Təşkilatları birliyinin sədri Tomas Gugler də iştirak edirdi.

Gənclər kateqoriyasında iştirak edən 1 nəfər fərdi sinifdə (Mədinə Əliyeva) komandaya fərqlənmə Diplomu 4- cü yer qazandırdı. Komanda olaraq (Art klassda ) Bürünc medal, böyüklərin sinifində isə (Sərxan Məmmədli) gümüş medal, Ələsgərova Gülnar isə bürünc medal qazandı.

Təəssüflə qeyd edək ki, sonuncu gün komandanın 2 üzvü Qubatov Anar və Rodin Roman müxtəlif səbəblərdən yarışa gedə bilmədilər. Bununla bağlı hazırlanmış proqram pozuldu və ölkəmiz daha yüksək nəticələrdən məhrum oldu.
Ümumiyyətlə nümayəndələrimizin tədbirdə iştirakını müsbət qiymətləndirmək olar.
Yekun olaraq nümayəndə heyyətimiz iştirak etdikləri 4 sinifdə 1 gümüş 2 bürünc və bir fərqlənmə diplomu qazanıblar.
Qeyd edək ki, xörəklər yarışda Supersun yağları ilə hazırlanıb.

Nümayəndəlik yüksək səviyyəli məhsula görə AzərSun Holding şirkətinə, dəstəyə görə Azərbaycan Mədəiyyət və Turizm Nazirliyinə və Çernoqoriyadakı Azərbaycan konsulluğuna minnətdarlığını bildirir. Frame.az

Bu slaydşou üçün JavaScript lazımdır.


Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: