Idman

“Nur” komandası Azərbaycan çempionatının ikiqat qalibi olub

Avqustun 20-də Bakı Su İdmanı Sarayında çimərlik həndbolu üzrə ikinci Azərbaycan çempionatında qadın həndbolçular arasında qalib və mükafatçılar məlum olub.

Frame.az xəbər verir ki, günün qadınlar arasında keçirilən ilk qarşılaşmasında “İdman Akademiyası” ilə qarşılaşan “Azəryol-1” asan qələbə qazanıb – 2:0 (15:5; 13:9).

“Azərsu” – “Azəryol-2” görüşü isə gərgin və maraqlı idman mübarizəsi ilə yadda qalıb. “Shoot-out”a qədər davam edən matç qonaq komandanın 2:1 (8:15; 13:11; 6:5) hesablı qələbəsi ilə yekunlaşıb.

Günün sonuncu matçı isə “Nur” və “Qarabağ” komandaları arasında keçirilib. Oyun “shoot-out”a qədər davam edib. Görüşdə “Qarabağ” rəqibini 2:1 ( 8:22; 15:14; 5:4) hesabı ilə məğlub edib.

Beləliklə, bu nəticələrdən sonra “Nur” komandası qızıl, “Azəryol-1” kollektivi gümüş, “Qarabağ” klubu isə bürünc medalların sahibi olub.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!