CinemaTəqdimatƏyləncə

“Nyu-Yorkda yağmurlu gün” filminin press nümayişi keçirilib

Ötən gün Park Cinema və Volgafilm-in birlikdə əməkdaşlığı sayəsində ilk film nümayişi keçirilib.

Ssenari müəllifi və rejisoru Vudi Allenin olduğu “Nyu-Yorkda yağmurlu gün” romantik komediyasının süjeti, bir birinə aşiq olan iki tələbənin həyatından bəhs edir. Onların Nyu-Yorkda mükəmməl həftə sonu keçirtmək üçün planları, günəşin əvəzinə leysan yağış gəldiyi kimi sürətlə və gözlənilmədən dağılır.

Bundan sonra cütlüyün yolları ayrılır. Süjet boyu onların hər birini gözlənilməz hadisələr və qeyri-adi görüşlər əhatə edir. Sonda qəhrəmanlardan biri özünün düşündüyü kimi olmadığını, digəri isə bu həyatda yalnız onu anlaya biləcək birisi ilə yaşaya biləcəyini dərk edir.

Filmin baş rollarında Timoti Şalame, El Fanninq, Selena Qomes və Cud Lou kimi məşhur aktyorlar çəkilib.

Əyər çoxdandır fərqli və maraqlı süjet xətti olan romantik komediya filmi axtarışındasınızsa bu film sizin üçün ideal  seçimdir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!