Odlar Yurdu Universiteti keyfiyyətin təminatı ilə bağlı EQAC layihəsinin tərəfdaşı oldu

Aprelin 24-25-də Bakı Biznes Universiteti tərəfindən hazılanmış və Avropa Komisiyası tərəfindən təsdiq edilmiş Erasmus+ proqramı çərçivəsində “Azərbaycan Universitetlərində Keyfiyyətə Təminat Mərkəzlərinin Yaradılması və İnkişaf Etdirilməsi (EQAC)” adlı layihə ilə bağlı tədbirlər keçirilib.

Layihənin aprelin 24-də Boulevard oteldə keçirilən təqdimatında Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə yanaşı, Avropanın 5 ali təhsil müəssisəsi və ölkəmizin 11 ali təhsil müəssisələrinin rəhbərliyi, millət vəkilləri, müxtəlif ali məktəblərin rəhbərləri və tanınmış elm xadimləri iştirak ediblər.

Beynəlxalq layihənin açılış tədbirində Odlar Yurdu Universitetinin rektoru professor Əhməd Vəliyev, Beynəlxalq Əlaqələr və İnnovasiyalar üzrə prorektoru Dos. Ceyhun Osmanlı, Beynəlxalq Əlaqələr və İnnovasiyalar departamentinin rəhbəri Paşazadə Rəbiyyə və Fakülətələr üzrə tyutor mərkəzinin rəhbəri, eyni zamanda universitetin Keyfiyyətin Təminatı Mərkəzinin aparıcı mütəxəssisi Zaur Məmmədov universiteti təmsil ediblər.

Bakı Biznes Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor  İbad Abbasov tədbiri giriş sözü ilə açaraq tədbir iştirakçılarını, bütün qonaqları salamlayıb, layihə ilə bağlı açıqlama verib və bu layihənin həyata keçirilməsində iştirak edəcək ali təhsil müəssisələrinə uğurlar arzulayıb. Sonra Avropa Komissiyasının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri cənab Kestutis Yankauskas layihənin Azərbaycan universitetlərində uğurla həyata keçiriləcəyinə inamından bəhs edərək Avropa Komissiyası ilə Azərbaycan Respublikası arasında münasibətlərin inkişaf perspektivlərindən danışıb.

Sonra Təhsil Nazirliyinin nümayəndəsi Yaşar Ömərov layihənin həyata keçirilməsinin Azərbaycan universitetləri üçün önəmli olduğunu və bunun gələcəkdə bütün Azərbaycan universitetlərinə tətbiqini məqsədyönlü hesab etdiyini bildirib. Daha sonra Böyük Britaniya, İspaniya, İsveç, Litva universitetlərinin nümayəndələri çıxış edərək müasir təhsil sistemi üçün bu layihənin mühüm əhəmiyyətindən bəhs ediblər. Tədbir layihə barədə təqdimatlarla davam edib, o cümlədən layihənin Odlar Yurdu Universiteti üzrə meneceri Dos. Ceyhun Osmanlı Odlar Yurdu Universitetinin təqdimatını nümayiş etdirib.

EQAC layihəsinin açılış mərasimindən sonra aprelin 25-də Bakı Biznes Universitetində rəhbərliyin, layihə koordinatorunun, yerli və xarici tərəfdaş ali təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə ilk iclas keçirilib. Əsas məqsədi Azərbaycan ali təhsil müəssisələrində Keyfiyyətin təminatı mərkəzlərinin yaradılması, iş prinsiplərinin beynəlxalq standartlara uyğunlaşdırılmasından ibarət olan layihə çərçivəsində həyata keçiriləcək təlimlər, yerli və xarici səfərlər, onların idarə olunması məsələləri, ən əsası isə sonda universitetlərdə keyfiyyətin daha mükəmməl idarəetmə sisteminin qurulması məqsədilə onlayn platforma yaradılacağı bildirilib.

Tədbir xarici universitetlərin keyfiyyət təminatı təcrübəsi, özünüqiymətləndirmə hesabatlarının hazırlanması və keyfiyyət təminatı agentliklərinin qiymətləndirmə hesabatlarının strukturu məsələlərinin müzakirəsi ilə davam edib.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: