EventsMədəniyyətTeatrTəqdimat

Odlar Yurdu Universitetində böyük söz ustası Hüseyn Cavidin 135 illik yubileyi keçirilmişdir

Odlar Yurdu Universitetində Azərbaycan ədəbiyyatının inkişafı naminə müstəsna xidmətlər göstərmiş böyük söz ustası Hüseyn Cavidin 135 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilmişdir. Məlumdur ki, Odlar Yurdu Universiteti görkəmli sənət adamlarının, yazıçı və şairlərin, elm xadimlərinin yubiley tədbirlərinin keçirilməsinə hər zaman böyük diqqətlə yanaşır.
İlk olaraq çıxış edən Odlar Yurdu Universitetinin rektoru professor Əhməd Vəliyev bildirdi ki, Hüseyn Cavid klassik Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini inkişaf etdirən sənətkarlardandır. O, Azərbaycan mütərəqqi romantizminin banilərindən biri olmuşdur. XX əsrin ən mürəkkəb, ziddiyyətli bir dövründə mübarizə aparan Hüseyn Cavidi 37-ci illərin repressiya tufanı həyatdan silsə də, ürəklərdən silə bilmədi. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin klassikaya məhəbbəti özünüdərk problemlərinin həllində misilsiz rol oynamışdıır. Uzaq Sibirdə vəfat edən Hüseyn Cavidin nəşi məhz ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 45 ildən sonra Vətəninə gətirilərək, doğulduğu Naxçıvan torpağında dəfn edilmişdir.
Rektor onu da qeyd etdi ki, tarix yazmaq tarix yaratmaq qədər çətin və məsuliyyətlidir. Biz tarixi keçmişimizi unutsaq, sabahımızı itirmiş olarıq.
Daha sonra Hüseyn Cavidin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olundu və tələbələr arasında keçirilən “Hüseyn Cavid-135” adlı inşa-yazı müsabiqənin qalibləri Fəxri Fərmanla təltif olundular.
Daha sonra tədbirin bədii hissəsi başladı. Odlar Yurdu Universiteti və Odlar Yurdu Kollecinin tələbələrinin ifasında Hüseyn Cavidin şerləri səsləndirildi və ədibin həyat və yaradıcılığına həsr olunmuş çıxışlar oldu. Həmçinin tələbələr “İblis”, “Şeyx Sənan” əsərlərindən səhnəciklər nümayiş etdirdilər.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!