“Odlar yurdum, Azərbaycan”

Frame.az xəbər verir ki, dekabrın 24-də Heydər Əliyev adına Sarayda “Odlar yurdum, Azərbaycan” adlı konsert proqramı keçiriləcək.

Konsertdə tanınmış estrada və xalq mahnılarının ifaçıları xalq artistləri Mələkxanım Eyyubova, Ağadadaş Ağayev, Samir Cəfərov, Gülyaz Məmmədova, əməkdar artistlər Ədalət Şükürov, Nurlan Növrəsli, Aşıq Samirə, Xəyyam Mustafazadə, müğənnilər Nadir Qafarzadə, Günay İbrahimli, Elnur Məmmədli, Nazənin, Nicat Cəfərzadə, Kənan Qədimov, Natavan Həbibi və meyxanaçı Vüqar Əbdulov iştirak edəcək.

Biletləri şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən əldə edə bilərsiniz. Biletlərin qiyməti 10-30 manatdır.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: