Okon 2021-ci ildə “Mercedes”də Hemilton və Bottası əvəz edə bilməyəcək

“Mercedes”in rəhbəri Toto Volfun sözlərinə görə, Enstoundan olan komandanın heyətində 2020-ci və 2021-ci illər mövsümündə çıxış edəcək fransalı pilot Esteban Okonun “Renault” komandası ilə ikiillik müqaviləsi onun “Mercedes”in sıralarına qayıtmasına şərait yaradacaq opsiyaların pozulmasını nəzərdə tutmur.

Frame.az xəbər verir ki, “RaceFans” Toto Volfun bu sözlərini sitat gətirir: “Belə hallar nəzərdə tutulmayıb. Növbəti iki mövsümdə Okon “Renault” komandasının tamhüquqlu pilotu olacaq. Bundan sonra hər iki tərəf üçün müxtəlif opsiyalar olacaq, lakin 2021-ci ildə komandaya qayıtmaq opsiyası mövcud deyil”.

Okon 2019-cu il mövsümünü “Mercedes”in ehtiyat pilotu statusunda keçirir. Bu, onun ötən mövsümün sonunda Force India”/”Racing Point” komandasındakı yerindən məhrum edildikdən sonra baş verib.

“Mercedes”in mükafatlı pilotları Luis Hemilton və Valtteri Bottasın qüvvədə olan müqavilələri 2020-ci il də daxil olmaqla hesaba alınıb.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: