Oktyabrda havanın orta aylıq temperaturu necə olacaq?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, oktyabrda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimalı var.

Departamentdən bildirilib ki, Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 15-16° isti təşkil edəcəyi ehtimalı var. Havanın temperaturunun gecələr 10-15°, gündüzlər 15-20° isti, bəzi günlərdə isə 24°-dək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 26-40 mm) olacağı ehtimalı var.

Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 13-16° isti təşkil edəcəyi ehtimalı var. Havanın temperaturunun gecələr 8-13°, gündüzlər 17-22° isti, bəzi günlərdə isə 26°-dək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 19-32 mm) olacağı ehtimalı var.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 8-12° isti təşkil edəcəyi ehtimalı var. Havanın temperaturunun gecələr 4-9° isti, bəzi günlərdə 0-2° şaxta, gündüzlər 7-12° isti, bəzi günlərdə isə 15°-dək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 49-78 mm) olacağı ehtimalı var.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturunun 13-15° isti təşkil edəcəyi ehtimalı var. Havanın temperaturunun gecələr 8-13°, gündüzlər 15-20° isti, bəzi günlərdə isə 23°-dək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 31-61 mm) olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında havanın orta aylıq temperaturunun 9-14° isti təşkil edəcəyi ehtimalı var. Havanın temperaturunun gecələr 5-10°, dağlarda gecə 3-8° şaxta, gündüzlər 11-16° isti, bəzi günlərdə isə 20-dək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 34-126 mm) olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 15-17° isti təşkil edəcəyi gözlənilir. Havanın temperaturunun gecələr 11-16°, gündüzlər 16-21° isti, bəzi günlərdə isə 25°-dək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 31-54 mm) olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturunun 11-16° isti təşkil edəcəyi ehtimalı var. Havanın temperaturunun gecələr 9-14°, gündüzlər 15-20° isti, bəzi günlərdə isə 23° dərəcəyədək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 96-274 mm) olacağı gözlənilir.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: