Baku Shopping FestivalEventsMüsabiqələrPR-TanıtımTəqdimat

Bütün bunlar yalnız Bakı Şopinq Festivalında ola bilər!

Nəhayət, iki həftədən çoxdur ki, sosial şəbəkələrdə səs gətirən #olabilər! hashtag-nin nə ilə əlaqədar olduğu açıqlandı. Qısa müddət ərzində geniş izləyici kütləsinə çatan #olabilər! hashtag-i öz Facebook səhifəsi, Instagram səhifəsi, personajı, maraqlı saytı ilə diqqət çəkdi. Hətta bir çox məşhurlar tərəfindən paylaşıldı, haqqında video-çarx də çəkildi. Hashtag “Bunlar yalnız Bakı Şopinq Festivalında ola bilər”mesajı ilə sayca 3-cü dəfə keçiriləcək BakıŞopinq Festivalına məxsus imiş.

Bakı Şopinq Festival alış-veriş sevərləri bu dəfə daha çox şans, daha geniş imkanlar, yeniliklər və daha çox hədiyyələrlə sevindirəcək. Üçüncü Bakı Şopinq Festivalına bir çoxlu mağaza, supermarket və restoran, o cümlədən, lotereyanın sponsorları Bravo Hipermarket, Baku Electronics, Park Bulvar alış-veriş mərkəzi də qoşulub.

Festivala qoşulmuş və sərfəli təkliflər verən mağaza, supermarket və restoranların siyahısına buradan baxa bilərsiniz = >www.bakushopfest.com/lottery

Festivaldan bir ilk..

Ən böyük sürpriz isə Festival ərzində baş tutacaq lotereya proqramında edilib. Ötən festival keçirilən “Festival sürprizləri” adlı stiumllaşdırıcılotereya bu festivaldailk dəfə olaraq ONLAYN formada keçiriləcək. Artıqalıcılar Festivala üzv olan mağaza, supermarket və restoranlardan əldə etdikləri alış-veriş çekləri və vergi hesab fakturaları ilə onlayn lotereyada iştirak edib, elə yerindəcəhədiyyə qazanmaq imkanı əldə edirlər.Qalib olduğunuz halda sizə bildirilən tarixdə şəxsiyyət vəsiqəniz və alış-veriş çekinizlə birlikdə yaxınlaşıb hədiyyənizi götürürsünüz.

Hədiyyəniz bununla bitmir!

Böyük sürprizlərdən biri də alıcılara iki dəfə qazanma şansının verilməsidir. Bir alış-veriş çeki ilə iki lotereyada iştirak etmək şansı yalnız Bakı Şopinq Festivalında ola bilər. Belə ki, 31 mayda keçiriləcək Tirajlı lotereyada daha dəyərli hədiyyələrlə yanaşı Lotereyanın baş sponsoru Nurgun Motors-dan “Nissan Sunny” avtomobili qazanmaq şansı sizin ola bilər.

Lotoreyada iştirak çox sadə və rahatdır.

ADDIM 1: Festivala qoşulmuş mağaza, restoran və supermarketlərdən tələb olunan minimum məbləğdə alış-veriş edirsiniz.

ADDIM 2: Kassa çekini və ya Vergi Hesab Fakturanı (VHF) kassirdən alırsınız. VHF-i ƏDV köşkündə təsdiq etdirirsiniz.

ADDIM 3: www.bakushopfest.com/lottery səhifəsində qeydiyyatdan keçirsiniz.

ADDIM 4: Çek və ya VHF məlumatlarını daxil edirsiniz və Lotereyanın sponsorları olan Bravo Hipermarket, Baku Electronics, Park Bulvar və digər iştirakçılardan 10,000 hədiyyədən birini qazanırsınız! Bu son deyil!

Həmçinin Tirajlı Lotereyada dəyərli hədiyyələr və lotereyanın baş sponsoru Nurgun Motors tərəfindən təqdim edilən “Nissan Sunny”avtomobilin ən son modelini udmaq şansı qazanırsınız!

İştirak qaydaları ilə ətraflı buradan tanış ola bilərsiniz =>Ətraflı

Lotereyada udmaq şansınızı necə artıra bilərsiniz?

Siz daha çox alış-veriş edərək qalib gəlmək şansınızı artıra bilərsiniz. Daha çox alış-veriş çeki daha çox lotereya bileti deməkdir. Daha çox lotereya bileti isə daha çox şans və daha çox hədiyyə mənasına gəlir.

Odur ki, vaxt itirməyin, eviniz, ailəniz və ya özünüz üçün edəcəyiniz sərfəli alış-verişinizi Bakı Şopinq Festivalı ərzində edin, həm də hədiyyə qazanın. Cəmi bir neçə dəqiqə sadəcə alış-veriş etməklə minlərlə dəyərli hədiyyə, may ayı ərzində isə avtomobil qazanma şansı yalnız BakuŞopinq Festivalda #olabilər!

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!