Olduqca asan və tez hazırlanan salat

Yerkökü Salatı (Havuç Salatası) Türk mətbəxinə aiddir.

Təcili qonaq gələndə adətən bu salata müraciət olunur. Olduqca asan və tez hazırlanan salatdır. Əsası da odur ki, xeyirlidir. Salata xırda doğranmış qoz və kişmiş da əlavə etmək olar. Çox ləzzətli olur.

YERKÖKÜ SALATI (Havuç Salatası) 2-4 porsiya üçün nəzərdə tutulub

Ərzaqlar – 4 ədəd yerkökü – 2 xörək qaşığə zeytun yağı – 1 stəkan qatıq (çox turş olmasın) – 3 diş sarımsaq – zövqə görə sarı kişmiş – zövqə görə xırda doğranmış qoz – zövqə görə duz – zövqə görə istiot

1. Yerkökülərin qabığını soyun və sürtkəcin iri dişindən keçirin.

2. Tavada zeytun yağını qızdırın. Yerkökünü yağa əlavə edib, tez-tez qarışdıraraq yerkökülər yumuşalanadək (təxminən 6-7 dəqiqə) buşirin. Bişmiş yerkökülər yumuşaq olsalar da, bir qədər diri qalmalıdırlar. Kənara çəkib, yerköküləri soyudun.

3. Sarımsağı əzin. Bir qabda qatıqla sarımsağı qarışdırın. Soyumuş yerkökünü, kişmiş və qozu bu qarışıma əlavə edin. Zövqə görə duz, istiot vurun və yaxşıca qarışdırın. Salatın daha da sulu olmasını istəyirsinizsə, ona daha çox qatıq əlavə edin.

4. Salatı bir az soyuducuda saxlayın. Süfrəyə verməzdən əvvəl, bir qaba qoyub, üzərini qara zeytunla bəzəyin.

NUŞ OLSUN!

azcookbook.com Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: