IdmanTəqdimat

Olimpiya həftələri çərçivəsində “Karate günü” keçirildi-FOTO-lar

Milli Olimpiya Komitəsi və Azərbaycan Milli Karate Federasiyasının dəstəyi ilə GoSport Baku-da Olimpiya həftələri çərçivəsində “Karate günü” keçirilib.

Tədbirdə federasiyanın 1-ci vitse-prezidenti Rəhman Hətəmov, vitse prezident Yusif Məmmədov, baş katib Mir-Cabbar Seyidov, Media və İctimaiyyətlə işlər katibi Sənan Məhərrəmov, hakimlər komitəsinin sədri Cahangir Babayev, milli komandanın məşqçilərindən Vahid Ayvazov və Şahin Xudaverdiyev, federasiyaya kütləvi tədbirlərdə reklam və təbliğat dəstəyi göstərən “CİHAN” Reklam Agentliyinin rəhbəri Mirzə Məmmədov, həmçinin 2016-cı ildə yüksək nəticə göstərmiş idmançılardan Rafael Ağayev, Ayxan Mamayev, Firdovsi Fərzəliyev, İlahə Qasımova, Nuranə Əliyeva və Roman Heydərov iştirak edib.

R.Hətəmov, federasiyanın prezidenti Yaşar Bəşirovun rəhbərliyi altında qazanılmış nəaliyyətlər barədə ətraflı məlumat verib. Sonra “Qara Qaplan” klubunun yeniyetmə karateçiləri və kata üzrə milli komandanın idmançıları nümunəvi çıxışlar göstəriblər. Tədbirdə uşaqlar arasında müsabiqələr təşkil edilib, qaliblər tanınmış karateçilər tərəfindən mükafatlandırılıb.

“Karate günü” tədbirinin sonunda milli komandanın üzvləri ilə aftoqraf sessiyası təşkil olunub. Böyük maraqla qarşılanan tədbirdə milli komandanın üzvlərinə qiymətli hədiyyələr verilib.
Azərbaycan Milli Karate Federasiyasının rəhbərliyi layihə təşkilatçılarına minnətdarlığını bildirir.
(c) Karate.az  Azərbaycan Milli Karate Federasiyası-Azerbaijan National Karate Federation National Olympic Committee of Azerbaijan Frame.az

http://www.facebook.com/nocazerbaijan/videos/731507863668853/

http://www.facebook.com/nocazerbaijan/videos/731339590352347/

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!