Frame LifeSağlamlıqSosialTəqdimat

Ölkəmizdə koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə aparılan testlərin sayı açıqlanıb

Bu gün Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar daha 4947 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 422 min 49-a çatıb.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Xatırladaq ki, iyunun 21-də Azərbaycanda koronavirus infeksiyasına daha 491 yoluxma faktı qeydə alınıb, 283 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış altı nəfər vəfat edib.

İndiyədək ölkəmizdə 12 min 729 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 6799 nəfər müalicə olunaraq sağalıb, 154 nəfər vəfat edib. Aktiv xəstə sayı 5776 nəfərdir. Xəstələrdən 165 nəfəri reanimasiyadadır ki, onlardan da 37-si süni tənəffüs cihazına qoşulub.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!