IdmanTanış OlaqTəqdimat

Ölkəmizdə yeni fəaliyyətə başlayan idman növlərindən biri də Combat Sanda-dır- Turan Qulamzadə

Son illər ölkəmizdə idmana həvəs hədsiz artıb desək heç də yanılmarıq. İdmanın bizə tanış olan növləri ilə yanaşı yeni növləri, ölkəmizdə hələki az tanınan növləri də populyarlıq qazanmaya başlayıb.

“Tanış Olaq” rubrikamızda sizlərə təqdim edəcəyimiz ilk qonağımız Azərbaycanda hələki yeni tanınmağa başlayan “ASED” Fight Club və Combat Sanda-nın rəhbəri Turan Qulamzadədir.

Onun saytımızın əməkdaşına verdiyi müsahibəni sizlərə təqdim edirik.

-Combat Sanda idman növü neçənci ildə yaranıb?

–Bu idman növünün yaranma tarixi qədimlərə gedir. Beləki Sanda (Sanchou) Çin döyüş sənəti olan Şaolin Döyüş sənətlərinin ən ağır versiyasıdır. Avropada isə bir çox adıyla Combat Sanda, Full Contact Sanda kimi məşhurdur.

-Combat Sanda idman növü neçə hissədən ibarətdir?

–Combat Sanda döyüşü 2 raund olur. Gənc idmançılar 2 dəqiqə gənclər və kişilərisə 3 dəqiqə döyüşür. Bu idman növü sərbəst ayaq üstə döyüşülür atma fəndləri vardır və yerdə isə zərbəsiz ağrıdıcı fəndlər daxil omaqla 30 saniyə güləşilir.

-Yarışın keçirilməsində əsas məqsəd?

–Ölkəmizdə Combat Sanda idman növü Əsəd Döyüş Klubu rəhbərliyi ilə inkişaf etdirilir və ölkəmizdə yeni fəaliyyətə başlayan idman növlərindən biridir.

-Combat Sanda idman növündə minimal və maksimal yaş həddi?

–Yaş həddi 8 yaşdan başlayaraq hər kəs məşğul ola bilər, maksimal yaş həddi yoxdur.

-Məşqlər həftədə neşə dəfə keçirilir?

–Məşqlərimiz həftədə 5 gün ayrı-ayrı vaxtlarda keçirilir.

-Qaliblərə hansı mükafatlar verilir?

–Qaliblərə diplom və mükafat verilir, həmçinin kubok yarışlarında komanda medal hesabına 1-2-3 cü yerləri tutan komandaya kubok verilir.

-Gələcək planlarınız?

–Qarşıda ən böyük məqsədimiz AFC Combat təşkilatı kimi peşəkar liqa üzrə yarışlar keçirtmək, hələki yaxın zamanlarda məqsədimiz Aərbaycan Kuboku yarışı keçirtmək, yeni ilin yaz aylarında isə Dünya Kuboku miqyaslı yarış keçirtməkdir.

Frame.az  kollektivi olaraq Turan bəyə uğurlar və yeni-yeni nailiyyətlər arzu edirik. Bu yeni idman növünün də yaxın vaxt çərçivəsində populyarlıq qazanacağına inanırıq.

Pərvin Bayramov

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!