CinemaEventsTəqdimatƏn Son

“Ölülər XXI əsr” komediyası sentyabrın 22-dən ekranlarda

Sentyabrın 21-də “Planeta Parni iz Baku” teatrının bədii rəhbəri, əməkdar artist Tahir İmanovun görkəmli Azərbaycan yazıçısı və dramaturqu Cəlil Məmmədquluzadənin məşhur “Ölülər” pyesi əsasında ekranlaşdırdığı “Ölülər XXI əsr” bədii filminin premyerası olacaq. Baş prodüserliyini Tahir və Cabir İmanovun etdikləri film sentyabrın 22-dən etibarən bütün kinoteatrlarında nümayiş olunacaq. Filmin ssenari müəllifi Tahir İmanov, Ələkbər Əliyev, Mütəllim Həsənov, Anar Ömərov, Məmmədəli Kazımovdur. Filmin musiqisini tanınmış bəstəkar, xalq artisti Faiq Sücəddinov yazıb.

“Ölülər XXI əsr” filminin quruluşçu operatoru Litvanın ən peşəkar operatorlarından olan Saulius Lukoseviçius, səs rejissoru isə hazırda Rusiyada yaşayan həmyerlimiz Rüstəm Məmmədovdur. Ekran əsərinin montajı Litvanın Vilnüs şəhərində, səs montajı isə Moskvada aparılıb. Filimdə rolları Xalq Artisti Valeh Kərimov, Əməkdar artistlər Tahir İmanov, Cabir İmanov, Bəhram Bağırzadə, Azər Məmmədzadə, Mehriban Xanlarova, Rövşən Kərimduxt, Elnar Qarayev, Dilarə Əliyeva, Elxan Quliyev  və başqaları ifa edir.

Filmdəki hadisələr Cəlil Məmmədquluzadənin bizə tanış olan məşhur  “Ölülər” pyesindəkinə bənzəyir. Orijinaldan fərqli olaraq, müasir “Ölülər”-də qəhrəmanlar bir qədər fərqlidir. Əsas qəhrəmanlardan biri, peşəkar fırıldaqçı, Nəsrulla Şeyxov şəhərdə törətdiyi xırda  dələduzluqlarla kifayətlənə bilmir. Pula olan hərislik onu daha çirkin əməllərə əl atmağa vadar edir. Bir kəndə üz tutaraq, oradaki camaatın sosial problemlərini həll edəcəyini vəd edir ki, sonradan məkirli ideyasını həyata keçirsin. Kənddəki abadlığı görəndən sonra isə Nəsrullanın bütün planları puç olur. Buna baxmayaraq fırıldaqçı dinc dayanmır və daha  iyrənc hiyləyə əl atır. Elə əsl macəra da bundan sonra başlayır…

Görkəmli dramaturq Cəlil Məmmədquluzadənin xatirəsinə həsr olunmuş “Ölülər XXI əsr” filminin devizi belədir: “Filmin heç bir qəhrəmanı uydurma deyil. Onları Azərbaycanın görkəmli dramaturqu və satiriki Cəlil Məmmədquluzadə fikirləşib”.

1-1-1 1-4 1-10 1-11 1-15 1-16 1-17 1-21Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!