Cakomo Puççininin  “Madam Batterflyay” operasının tamaşası keçiriləcəkdir

Mayın 3-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında teatrla İtaliyanın Azərbaycandakı səfirliyinin birgə layihəsi kimi Cakomo Puççininin  “Madam Batterflyay” operasının tamaşası keçiriləcəkdir.

Tamaşada əsas partiyanı Çio-Çio-San rolunu tanınmış italyan opera müğənnisi Silvana Fraş ifa edəcəkdir. Vətəni İtaliyada çıxış etməklə yanaşı, o həm də Almaniya, Belçika, Norveç. İngiltərə, İspaniya, ABŞ kimi ölkələrdə uğurla keçən qastrol səfərlərində olmuşdur. Şarples rolunda  isə Ukrayna Milli operasının solisti, Ukraynanın Əməkdar artisti Dmitri Qrişin çıxış edəcəkdir.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləru – Əməkdar artistlər Fərid Əliyev (Pinkerton), Səbinə Vahabzadə (Süzuki), Əliəhməd İbrahimov (Qoro), solistlər Tural Ağasıyev (Yamadori) və Səbinə Əhmədova (Ket) iştirak edəcəklər.

Tamaşanı tanınmış italyan dirijoru, Makedoniya Dövlət Opera və Balet Teatrının dirijoru, professor Yakopo Sipari di Peskasseroli idarə edəcəkdir. Qeyd edək ki, Yakopo Sipari həmçinin Qətər filarmonik orkestrinin, İstanbul Milli simfonik orkestrinin, Belqrad Milli Teatrı orkestrinin və Meksika simfonik orkestrinin dəvət olunmuş dirijorudur.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: