Orifleym-in yeni ofisinin açılışı oldu-FOTO-lar

Yanvarın 31-də Orifleym-in yeni ofisinin möhtəşəm açılışı baş tutdu. Tədbirdə şirkət rəsmiləri, Türkiyə və İsveçın ölkəmizdəki elçiləri, şou-biznes üzvləri, media nümayəndələri, eləcə də şirkətin liderləri, uğur qazanmış distribütorları iştirak etdilər.

Qeyd edək ki, Orifleym – birbaşa satış bazarında aparıcı kosmetika şirkətidir. Şirkət 60-dan çox ölkədə təqdim olunmuş və onların yarısından çoxunun bazarında liderlik zirvəsindədir. Bu İsveç şirkətinin baş qərargahı İsveçrədə yerləşir. Orifleym geniş çeşiddə yüksək keyfiyyətli kosmetika və qulluq vasitələri, həmçinin şirkətə qoşulub, şəxsi işinizə başlamaq imkanını təqdim edir.

Azərbaycanda Orifleym artıq 19 ildir ki, fəaliyyət göstərir və bu illər ərzində minlərlə insan öz biznesini qurub, uğur qazanmağa müvəffəq olmuşdur.

Frame.az kollektivi Orifleym şirkətinin bütün kollektivini yeni ofisin açılışı münasibəti ilə təbrik edir, yeni-yeni yaradıcılıq uğurları, bol müştəri məmnunluğu arzu edir.

Açılış günündən fotoları sizlərə təqdim edirik. Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: