Orqanik qidanın ən əsas üstünlüklərindən biri dərmansız olmasıdır. İstehsalında hormon və gübrə istifadəsi az olduğu üçün torpağın mineral baxımdan daha zəngin olması şərtdir. Nəticədə, həmin məhsullar mineralı az olan və gübrəli torpaqlarda yetişən ərzaqlardan daha dadlı olur. Orqanik qidalara daha çox vitaminə ehtiyacı olan hamilə qadınların və uşaqların üstünlük verməsi məsləhətdir. Təbii qidalar və orqanik qidalar arasındakı ən böyük fərq ikincinin nəzarət altında yetişdirilməsidir.

Orqanik qidaların faydaları
Xərçəngə qarşı bədənin müqavimətini artırır, ürəyin sağlamlığını qoruyur, bəzi infeksiyaların meydana gəlməsinin, damar tutulmalarının, yaşlanmanın qarşısını alır, toksinlərin xaric olmasını təmin edir, hüceyrələrin və toxumaların quruluşunu qoruyur.

“Forbes” jurnalının məlumatına görə, dünyanın ən sağlam qidaları siyahısında 12 məhsulun adı var. Qidaların siyahısının hazırlanmasında qidalanma üzrə amerikalı mütəxəssis Conni Bovdenin qələmə aldığı “The 150 Healthiest Foods On Earth” (Dünyanın ən sağlam 150 qidası) adlı kitabdan istifadə edilib.

Yaşıl çay: nəfəs borusu xəstəlikləri, o cümlədən mədə xərçənginə tutulma riskini azaldır.

Nar: qan dövranını tənzimləyir. Damarları qoruyur və şiş xəstəliklərində şişlərin böyüməsinə mane olur.

Alma: ağciyər xərçəngi, astma, diabetdən qoruyur. Sümükləri gücləndirən kalsium ilə zəngindir. Yeməkdən 30 dəqiqə əvvəll yeyildikdə iştahı azaldır.

Brokolli: xərçəngin bütün növlərinə tutulma riskini azaldır. Mineral və vitaminlərlə zəngindir. Bədəni toksiki maddələrdən təmizləmək qabiliyyətinə malikdir.

Yumurta: təbiətin ən qüsursuz qidası hesab edilir. Proteinlə zəngindir. Beyni və göz sağlamlığını gücləndirir.