Covid-19TəqdimatƏn SonƏn Son

Ötən gün 27 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkarlanaraq evə qaytarılıb

Daxili işlər orqanlarının əməkdaşları dekabrın 21-də epidemiya əleyhinə, sanitariya-gigiyena karantin rejiminə əməl etməyən 27 nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkarlayaraq evə qaytarıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Frame.az-a bildiriblər ki, koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradan 21 nəfər barədə Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işləri başlanıb.

Hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!