Frame LifeTəqdimat

“Otelçilikdə PR-ın təşkili” mövzusunda seminar keçiriləcək

5 dekabr tarixində “Excelsior Hotel & Spa Baku” otelində “Otelçilikdə PR-ın təşkili” mövzusunda seminar keçiriləcək. Seminarda “AtaHolding” Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilara Zamanova, Azərbaycan Public Relation Association İdarə heyətinin üzvü, “Əlibəyov Consulting” şirkətinin rəhbəri Vəli Əlibəyov, “adıçəkilən mövzuda təqdimatla çıxış edəcəklər.Həmçinin, otel sahəsində çalışan iştirakçı PR mütəxəssisləri bu sahədə öz təcrübələrini bölüşəcək və mövzu ətrafında fikir mübadiləsi aparılacaq.Tədbirdə PR menecerlər, APRA-nın İdarə Heyətinin üzvləri iştirak edəcəklər.
“AtaHolding” Şirkətlər Qrupunun Korporativ Kommunikasiya şöbəsinin rəisi Dilara Zamanova bildirdi ki, tədbirin keçirilməsində məqsəd otel sahəsində çalışan PR mütəxəssislər arasında təcrübə mübadiləsi aparmaq və gələcəkdə bu sahədə keçiriləcək təlimlər sahəsində əməkdaşlıq imkanlarının müzakirəsidir: “Bu gün turizmin əsas sahələrindən biri olan və Azərbaycanda da çoxsaylı otellərin tikilib istifadəyə verilməsi ilə sürətlə inkişaf edən otelçilik turizmi ilə bağlı PR, otelin təklif etdiyi məhsul və ya xidmətin müştəridə xoş və müsbət münasibət, bu sahədə qarşılıqlı anlaşma formalaşdırılmasını ehtiva edir. Otelçilik turizmi üzrə PR bacarıqlarının artırılması hazırda olduqca önəmlidir. Bu seminarın təşkili də bu məqsədə, eləcə də ümumilikdə Azərbaycanda turizmin inkişafına xidmət etmiş olur”.
“Excelsior Hotel & Spa Baku” oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. “Excelsior Hotel & Spa Baku” oteli 1 “İmperial” lüks, 2 “Royal” lüks, 4 “Crown” lüks, 45 “Heritage” deluks, 9 “Duke” kiçik otaqlar, iclas konfrans zalları və biznes mərkəzi, restoran və barlar, “Aura” sağlamlıq mərkəzindən ibarətdir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!