“Övladım və Mən” layihəsi davam edir

Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzi və Ailə , Qadın və Uşaqların İnkişafına Dəstək İctimai Birliyi birgə “ Övladım və Mən” silsilə layihəsinə davam edir. Bu dəfə layihə çərçivəsində hipofizar nanizm xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək məqsədilə tədbirlər planı hazırlanır.
Hipofizar nanizm xəstəliyi nədir ?
Hipofiz-kəllədə,baş beynin yaxılığında yerləşən, boy hormonu –somatotropin ifraz edən daxili sekresiya vəzisidir.Boy hormonu –borulu sümüklərin uzanması vəorqanizmdə əsas tikinti materialı olan zülalın əmələ gəlməsini təmin edir.Hipofizin funksiyası və boy hormonunun istehsalı pozulduqda (25 yaşa qədər) hipofizar nanizm-cırtdanboyluluq yaranır.
Səbəbləri:
Aşağıdakı faktorların təsiri altında hipofizar nanizm yaranır:
-irsi pozğunluqlar, defekt genlər mövcud olduqda hipofizdə boy hormonu istehsalı azalır.
-inkişaf qüsurları.Hipofiz ya olmur, ya da inkişafdan geri qalır, natamam funksiya göstərir.
-kəllə travmaları; zərbələr, doğuş travmaları,baş beyinda keçirilən cərrahi müdaxilələr
-keçirilmiş insultlar
-baş beynin və hipofizin bəzi şişləri
– baş beynin infeksiyaları; meningit,meninqoensefalit
-bədxassəli şişlər zamanı kimyəvi və şüa terapiyası
-hipofiz hormonlarına qarşı həssas hüceyrələrin olmaması,hormon
Istehsal olunur, qana daxil olur,lakin hüceyrələr ona cavab vermir
Buna görə də boyatma baş vermir.
Hipofizar nanizmin təzahürləri:
Əsas təzahürü –boy artımının ləngiməsidir.Belə adamların qohumları da alçaqbolu olurllar.Bədənlərinin bütün hissələri proporsional ölçücə kiçik olur.Belə adam miniatürdə normal adam kimi görünür.Qızlarda aybaşı gec olur, ya heç olmur,oğlanlarda cinsiyyət orqanları kiçik olur,çox vaxt sonsuz olurlar.
Xəstəliyin ilk əlamətləri 2-4 yaşda özünü göstərir.Adam yaşı artdıqca onun boyunun ləngiməsi daha çox nəzərə çarpır.Bu zaman həkim-endokrinoloqa müraciət etmək lazımdır.
Bu xəstəlikdən əziyyət çəkən uşaqların müalicəsi üçün xüsusi iynə vurulur. 1 iynə 3 gün müddətində davam edir. Və qiyməti olduqca bahadır.
Layihənin əsas məqsədi hipofizar nanizm xəstəliyindən əziyyət çəkən uşaqlara dövlət səviyyəsində dəstək , onların siyahıya alınması və lazım olan iynənin pulsuz paylanmasıdı.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: