Övladınızın sizdən eşitmək istədiyi sözlər

Bəzən valideynlər övladlarına olan sevgisini necə ifadə edəcəyini bilmir. Valideynin övladına deyəcəyi sözlər talisman kimidir. Ömrü boyu uşağının yaddaşında qalacaq, onları qoruyacaq, dəstək olacaq.

1. Sevgi və qürurSəni sevirəm.

Səninlə fəxr edirəm.
Çox xoşbəxtəm ki, mənim varımsan.
Sən mənim üçün çox vacibsən.
Sənə inanıram.
Sənsiz ailəmiz başqa cür olardı.
Sən ən dəyərlimsən.
Məni xoşbəxt edirsən.
Sənin xoşbəxt olduğunu gördükdə mən də xoşbəxt oluram.
Sənin atan/anan olmaq məni sevindirir.
Səni sevməkdən heç vaxt bezmərəm.
Sən mənə lazım olacaq hər şeysən.
Sən mənim ürəyimi sevgi ilə doldurmusan.

2. Qəbul etmək

Səni olduğun kimki qəbul edirəm.
İdeal olmağına ehtiyac yoxdur.
Səni başa düşürəm, bağışlayıram.

3. Dəstək

Sən buna layiqsən.
Özün olmaqdan qorxma.
Hamı səhv edir, mən də həmçinin.
Heç kim ideal deyil.
Hamının xoşuna gəlməyə bilərsən.

4. Uşağınızın fikrinə hörmət

Səni eşidirəm.
Fikirlərin mənim üçün vacibdir.
Sən “yox” və “hə” deyə bilərsən.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: