Faydamız OlsunMəsləhətPartnershipSağlamlıqSosial

“Övladlarınızla münasibətdə diqqətli olun, onları aqresiyadan uzaq tutun”- Nevroloq Günel Ümid

Bakıda ilk dəfə olaraq anaların maarifləndirilməsinə həsr olunan tədbir keçirilib.

Noyabrın 4-də Bakının dəbdəbəli otellərindən birində ilk dəfə olaraq anaların maarifləndirilməsinə həsr olunmuş tədbir keçirilib.

Qeyd edək ki, Müasir Psixologiya Mərkəzinin rəhbəri psixoloq Aidə Nəbiyeva, nevroloq Günel Ümid, pediatr Aytən İsmayılzadə və uşaq cərrahı Fuad Məmmədovun təşəbbüsü ilə həyata keçirilən bu tədbirdə 200-ə yaxın qonaq iştirak edib.

Nevroloq Günel Ümid tədbirdə anaları övladları ilə münasibətdə diqqətli olmaya səsləyib. O çıxışında anaların övladlarını tez-tez klassik musiqilər dinlətməyə, kinoya, teatra getməyə sövq etməklə yanaşı, uşaqları şiddətli və dəhşət filmlərindən uzaq tutmaya çağırıb. Həkim qeyd edib ki, son zamanlar 5 yaşınadək olan uşaqlarda eşitmə problemi kəskin artıb. Hətta onun yanına gətirilən uşaqların çoxunda bu problem aşkar olunsa da, həmin uşağın valideynləri bundan xəbərsiz olur. Günel xanım anaları bu yönümdə maarifləndirib və faydalı məsləhətlərini verib.

Tədbir zamanı qonaqlar onları düşündürən sualları həkimlərə ünvanlıyıb.

Sonda bütün qonaqlar tədbirin sponsorları tərəfindən keçirilən lotoreyada hədiyyələr əldə edib.

Tədbirin informasiya dəstəyi Frame.az və Frame Partnership Club.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!